Türkiyə səfiri: “Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir” MÜNASİBƏT

Türkiyə səfiri: “Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir” MÜNASİBƏT

“Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir”. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər. Onun sözlərinə görə, hazırda Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə ciddi hazırlıq işləri davam etdirilir: “Bildiyiniz kimi, Türkiyədə keçiriləcək prezident seçkilərində artıq namizdələrin adları məlumdur. Önümüzdəki həftə isə parlament seçiklərində iştirak edəcək namizədlərin adları açıqlanacaq”.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə