Yekun bəyanatda DQ münaqişəsi ilə bağlı yer alan MƏQAMLAR

Yekun bəyanatda DQ münaqişəsi ilə bağlı yer alan MƏQAMLAR

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının yekun bəyanatı qəbul edilib. SİA-nın məlumatına görə, bəyanatla bağlı jurnalistlərəm açıqlama verən Avropa Ittifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, bəyanatda komitənin iclasında səslənən təkliflər, müzakirə edilən məsələlər öz əskini tapıb.

Onun sözlərinə görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin regionda vəziyyəti qeyri-stabil saxlamaqda rol oynadığı qeyd olunub: "Bəyanatda münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub".

C. Feyziyev söyləyib ki, yekun sənəd də həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarının qeyd-şərtsiz təmin olunması maddəsi də öz əksini tapır.

Həmsədr əlavə edib ki, bəyanatda diqqət çəkən digər məqam Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlıdır: “ Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələr geniş müzakirə olundu. Bu müzakirələrdə həm Avropa Parlamentinin, həm də Milli Məclis üzvləri hər iki tərəf arasında daha yüksək əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə bağlı fikir bildirdilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə