Elxan Şahinoğlu: "Paşinyanın iki yolu var" MÖVQE

Elxan Şahinoğlu: "Paşinyanın iki yolu var" MÖVQE

“Nikol Paşinyan ikinci dəfədən baş nazir seçildi. Parlamentdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Azərbaycanla danışıqlara hazırdır”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, bu azdır, biz onu konstruktiv mövqeyə gətirməliyik: “Onun iki yolu var, sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa keçmiş lideri Levon Ter-Petrosyan kimi münaqişənin “mərhələli həll planı”nı qəbul etməli, xələfləri kimi status-kvonun davamını istəyirsə əvvəlkitək İrəvanda erməni gənclərinin qəbilərini qarşılamağa hazır olmalıdır. Seçim Paşinyanındır. Onun düşünməsi üçün bir neçə ay vaxtı var.

O ki qaldı, baş nazir Paşinyanın daxili siyasətdə atacağı addımlara onun geniş manevr imkanları yoxdur. Komandasını və proqramını ayaqüstü formalaşdırmalı, islahalatlar aparmaq və sosial durumu normallaşdırmaq üçün əlavə resurslar tapmalıdır ki, o da kasıb Ermənistanda yoxdur, ağası Rusiya isə daha müftə pul vermək istəmir. Paşinyan küçənin vasitəsilə hakimiyyətə gəldi, ölkəsini uçurumdan qurtarmasa elə həmin küçənin təzyiqi ilə də yola salınacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə