Tanya Qervyen: “Hazırda Venesiya Komissiyasının Konstitusiya bölməsində Azərbaycanla bağlı hansısa iş aparılmır” - AÇIQLAMA
Avropa Şurası Venesiya Komissiyası Azərbaycanla çox yüksək səviyyədə əməkdaşlıq edir. Bu barədə SİA-ya açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Tanya Qervyen deyib. O bildirib ki, qurumla Azərbaycan arasında çox yaxşı münasibətlər formalaşıb. Venesiya Komissiyası tərəfindən Azərbaycana tövsiyə olunan bütün müddəaların yüksək səviyyədə yerinə yetirildiyini T.Qervyen vurğulayıb ki, Azərbaycanla Venesiya Komissiyasının əməkdaşlıq etdiyi illər ərzində Azərbaycan tərəfindən 20-yə yaxın tövsiyə qəbul olunub.
"Venesiya Komissiyasının Konstitusiya bölməsində hazırda Azərbaycanla bağlı hansısa iş aparılmır və sizin ölkəyə dair tövsiyələr üzərində işləmək üçün hər hansı sorğu almamışıq. Bizim işimiz tövsiyə verməkdir, həmin tövsiyələrin qəbul edib-etməmək isə ölkənin öz işidir. Ümidvaram ki, Azərbaycanla Venesiya Komissiyası arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq bundan sonra da inkişaf edəcək və həyata keçirilən birgə əməkdaşlıq Azərbaycan Respublikası Konstitusiyasının təkmilləşməsinə öz köməkliyini göstərəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB