Ziyafət Əsgərov: “Ölkədə seçkilərin demokratik və şəffaf keçirilməsinə heç kəsin şübhəsi olmasın” - MÖVQE
Azərbaycanda seçkilər çox demokratik və şəffaf keçirilib. SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. O bildirib ki, ölkədə seçkilərin demokratik və şəffaf keçirilməsinə heç kəsin şübhəsi olmasın. Seçki məntəqələrində qeydə alınan pozuntulara gəlincə Z.Əsgərov bildirib ki, ərizə şikayətlər, ümumiyyətlə qanun pozuntuları aidiyyatı qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək.
NATO Parlament Assambleyasında Dağlıq Qarabağla bağlı qətnamənin ermənilər tərəfindən geri götürülməsi məsələsinə gəlincə Z.Əsgərov belə bir halın həqiqəti özündə əks etdirmədiyini deyib: "Ermənistan hakimiyyəti yalan danışır. Onların dedikləri sözlərin heç biri həqiqətə uyğun deyil. Dağlıq Qarabağla bağlı qətnamənin müzakirə olunmaması bizim təklimiz idi və buna səbəbi isə Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlıdır. Məhz ölkədə keçirilən parlament seçkiləri ilə bağlı onlarda xahiş etmişdik ki, bu qətnamə budəfəki sessiyada yox, gələn sessiyada müzakirəyə çıxarılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB