Azərbaycanın Aİ-dən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gözləntiləri RƏSMİ
“Azərbaycan gözləyir ki, Avropa İttfiaqı digər işğal olunmuş ərazilərdə tətbiq etdiyi normalar Azərbaycanın işğal olunmuş ərazilərində də tətbiq olunsun. Avropa İttifaqı mal və xidmətlərin işğal olunmuş ərazilərə çatdırılmasının qarşısını ala bilər". SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin nümayəndəsi səfir Kamil Xasıyev bildirib.
Onun sözlərinə görə, Ermənistanın fəaliyyəti status-kvonun qorunmasına xidmət edir: "Avropa İttifaqının Azərbaycanın işğal olunmuş ərazilərində hüquqi və fiziki şəxslərin fəaliyyətinin qarşısını almasına gözləyrik. Bu fikirlər xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının komissarı Frederika Maqeriniyə göndərdiyi məktubda da əksini tapıb. Avropa İttifaqı Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində deyil, Ermənistanda yerləşdirilməsini dəstəkləməlidir”.
XİN nümayəndəsi qeyd edib ki, Avropa Məhkəməsinin “Çıraqov Ermənistana qarşı” qətnaməsinə əsasən 3 ay ərzində Ermənistan həmin şəxslərə kompensasiya ödəməli idi: “Ancaq bu kompensasiya ödənməyib və Avropa İttifaqı buna yardımçı ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB