Əfv Məsələləri Komissiyası bu gün toplaşır

Əfv Məsələləri Komissiyası bu gün toplaşır

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti dəfə toplaşacaq. SİA-nın məlumatına görə, Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 600-dən artıq müraciətə baxıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə