Türkiyə hökuməti yeni dini liderini təyin edib

Türkiyə hökuməti yeni dini liderini təyin edib

Türkiyə hökuməti yeni dini lider – Diyanət İşləri Başqanlığının rəhbəri vəzifəsinə 51 yaşlı ilahiyyat alimi, professor Məhmət Görməzi təyin edib. SİA-nın məlumatına görə, Məhmət Görməz bu vəzifədə səkkiz ildir işləyən professor Əli Bardakçını əvəz edib.

Türkiyə mətbuatının yazdığına görə, Əli Bardakçı ilə hökumət arasında son illərdə bəzi dini məsələlər, xüsusilə cənub-şərq bölgəsindəki məscidlərdə xütbələrin kürd dilində oxunması, ələvilərin dini hüquqlarının təmin olunması ilə bağlı fikir ayrılığı var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə