“Mən Konstitusiyanı öyrənirəm”

“Mən Konstitusiyanı öyrənirəm”

Bakı şəhəri Gəncliyə Yardım Fondunun inzibati binasında "12 noyabr-Konstitusiya günü" münasibətilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəsissələrinin yuxarı sinif şagirdləri arasında "Mən Konstitusiyanı öyrənirəm" adlı bilik olimpiadasının açılış, həmçinin "9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəsissələrinin yuxarı sinif şagirdləri arasında "Mənim bayrağım" mövzusunda inşa yazı, şeir, rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov tədbirin keçirilməsinin əsas məqsədindən danışaraq Respublika səviyyəsində "Dövlət Bayrağı" və "Konstitusiya günü" nün geniş qeyd edilməsi, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə nail olmaq, böyüməkdə olan gənc nəsl arasında qanunların aliliyini təbliğ etmək, gənclərin öz intellektual qabiliyyətlərinin nümayiş etdirilməsinə şərait yaratmaq və istedadlı uşaqları üzə çıxarmaq, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olduğunu vurğulayıb.

Daha sonra "12 noyabr-Konstitusiya günü" münasibətilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəsissələrinin yuxarı sinif şagirdləri arasında "Mən Konstitusiyanı öyrənirəm" adlı bilik olimpiadasının və "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəsissələrinin yuxarı sinif şagirdləri arasında "Mənim bayrağım" mövzusunda inşa yazı, şeir, rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"12 noyabr-Konstitusiya günü" münasibətilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəsissələrinin yuxarı sinif şagirdləri arasında "Mən Konstitusiyanı öyrənirəm" adlı bilik olimpiadasında I yerə Cəfərli Məhsəti (Binəqədi 283 saylı məktəb), II yerə Mancanov Xəyal (Nizami Zəngi Liseyi), III yerə Poqobəyli Əşrəf (Binəqədi 267 saylı məktəb) layiq görülüblər.

"9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəsissələrinin yuxarı sinif şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilmiş rəsm müsabiqəsində I yerə Hüseynzadə Dilək (Binəqədi 26 saylı Uşaq Gənclər Yaradıcılıq Sarayı), II yerə Hüseynzadə Cəmilə (Səbail 286 saylı məktəb), III yerə Pirəhmədova Nigar (Suraxanı 89 saylı məktəb), inşa yazı müsabiqəsində I yerə Ələkbərli Ülkər (Səbail 49 saylı məktəb), II yerə Atayeva Zərifə (Qaradağ 319 saylı məktəb), III yerə Manafov Bəhram (Xəzər 119 saylı məktəb), şeir müsabiqəsində I yerə Məmmədova Türkanə (Yasamal 20 saylı məktəb), II yerə İsmayılova Mətanət (274 saylı məktəb), III yerə Qəribova Xatirə (Suraxanı 89 saylı məktəb) layiq görülüblər.

Sonda "12 noyabr – Konstitusiya günü" münasibətilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəsissələrinin yuxarı sinif şagirdləri arasında "Mən Konstitusiyanı öyrənirəm" adlı bilik olimpiadasının qalibləri və "9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəsissələrinin yuxarı sinif şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilmiş inşa yazı, rəsm, şeir müsabiqələrinin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə