Azərbaycan qorxusu və parlaçanmış kütlə
Ermənistanın regional araşdırmalar mərkəzinin direktoru Riçard Kirakosyan Nikol Paşinyanın baş nazir seçiləcəyi halda Ermənistanın Dağlıq Qarabağ probleminin həllində tutacağı mövqe ətrafında proqnoz verərkən deyib ki, mövcud siyasi vəziyyətdə növbəti hakimiyyətin sülh danışıqları prosesində qərar verməsi və kompromislərə getməsi çətin olacaq. SİA xəbər verir ki, Ermənistanın 1in.am saytına müsahibə verən erməni politoloqa görə, əgər Ermənistandakı siyasi böhran davamlı şəkil alarsa, Azərbaycanın hücum siyasəti daha da arta bilər. “Azərbaycanın hücum təhlükəsi hazırda artır nəninki azalır”-deyə bildirən Kirakosyan əlavə edib ki, 2016-cı ildə Azərbaycan artıq hərbi uğur əldə edib və belə bir vəziyyətdə növbəti uğur əldə etmək üçün şans yaranıb. “Belə ki, ölkədə (Azərbaycanda-R.N.) böyük gözlənti var”-erməni politoloqu vurğulayıb.
Riçard Kirakosyan: “Müxalifətdə hakimiyyətdəki müəyyən sahələrdə çalışa biləcək ixtisaslaşmış insanlar yox səviyyəsindədir”.
Jurnalistin hazırkı Ermənistan hakimiyyətinin baş verənlərdən nəticə çıxarmalı və daxili siyasi böhranı zamanında həll etməyə məcbur olması sualına cavab verən regional araşdırmalar mərkəzinin direktoru qeyd edib ki, istər siyasi, istərsə də hərbi nöqteyi nəzərdən ciddi problemlər yaranıb: “Böhran prosesində Karen Karapetyanı və Respublika partiyasını hakimiyyətdən uzaqlaşdırmaq asan olsa da, müxalifətdə bu yerləri doldura biləcək insan resursları demək olar ki, yoxdur. Müxalifətdə hakimiyyətdəki müəyyən sahələrdə çalışa biləcək ixtisaslaşmış insanlar yox səviyyəsindədir”.
Erməni diasporunun hadisələr ətrafında fikirləri haçalanıb
Bu arada, Ermənistan diasporu da parçalanma yaşayır və bunu Rusiyanın BBC xidməti öz şərhində qeyd edir. Məlumat verilir ki, erməni diasporunun bir hissəsi Serj Sarkisyan hakimiyyətinin devrilməsinin, digər hissəsi isə əksinin tərəfdarı olduqlarını bu və ya digər şəkildə bildirirlər.
Məsələn, Amerikanın populyar olan System Of A Down rok qrupunun rəhbəri Serj Tankyan digər erməni müğənnisi – Fransanın tanınmış şansonyesi Şarl Aznavur kimi güc tətbiqinin əleyhinə çıxış etsə də, etirazçılara dəstək verdiyini gizlətməyib. O, ölkədə cəryəan edən hadisələri “əsl demokratiya” adlandırıb və hər kəsi Nikol Paşinyana səs verməyə çağırıb.
Ermənilərin Amerikalı pornoulduzu Kim Kardaşyan isə Serj Sarkisyanın istefasından bir gün sonra öz tvitter səhifəsində yazıb ki, erməni xalqının bir yerdə dəyişikliklərə nail olması onu fərəhləndirir. Lakin Kardsaşyan tvitterdəki paylaşımında bir qoca erməni qadınının əlindən tutub və mətbuat yazır ki, pornoulduzun əlindən tutduğu qadın məhz Serj Sarkisyanın tərəfdarıymış...
Xaricdə yaşaya erməni idmançıları ümumiyyətlə, proseslərə münasibət bildirmirlər
Maraqlıdır ki, xarici ölkələrdə fəaliyyət göstərən erməni idmançıları ümumiyyətlə, ölkələrində baş verənlərə münasibət bildirməyiblər. Misal üçün, ana xətti ilə erməni olan fransalı futbolçu Yuri Corkayeff, onun Fransa yığmasında oynayan həmkarı Alen Boqosyan, erməni mənşəli argentinalı tennisçi David Nalbəndyan nə Paşinyan, nə də hakim Respublika partiyasının xeyrinə heç bir münasibət bildirməyiblər. Eləcə də amerikalı
“Arsenal” futbol komandasının erməni hücumçusu Henrix Mxitaryan isə Serj Sarkisyanın istefası günü erməniləri siyasi böhrandan sülh yolu ilə çıxmağa səsləyib.
Rusiyalı erməni politoloqu: “Erməni olduğuma görə utanıram”
Rusiyada yaşayan erməni plitoloqu Andranik Miqranyan isə facebook sosial şəbəkəsində baş verənlərə münasibətini bildirərkən “od püskürüb” və deyib ki, o, həmin hadisələr onu utandırır və rüsvayçılıq hesab edir. “Mən baş verənlərə görə erməni olduğumdan utanıram”-deyə erməni politoloqu yazır.
Erməni nəşriyyatçısı Aram Qabrelyanov isə Nikol Paşinyana qarşı çıxıb və sosial şəbəkə vasitəsi ilə bildirib ki, Rusiyanın müttəfiqi olan Ermənistandakı hadisələrə görə narahat olur. O, Paşinyanı təllxək adlandırıb: “Kloun hələ hakimiyyətə gəlməyib, artıq Amerika QHT-lərinə işləyən erməni KİV-ləri anti-Rusiya kampaniyasına başlayıblar. Bu baxımdan, təlxək Paşinyanın Rusiya ilə dostluq barədə dedikləri sadəcə, boş havadır”.
Rusiyada yaşayan musiqiçi və prodüsser Stas Namin (Anastas Mikoyan) “Biznes FM” radiostansiyasna müsahbəsində Serj Sarkisyanın hakimiyyətdən sülh yolu ilə getməsinə sevindiyini deyib.
Digər rusiualı musuqiçi - “Krematoriy” qrupunun lideri Armen Qriqoryan isə adıçəkilən radioya müsahibəsində etirazçılara dəstək verdiyini deyib. “Bu, balaca diktatora qarşı böyük xalq qiyamının nəticəsidir”-erməni musiqiçisi bildirib.
Beləliklə, bu məsələdə görünən əsas amil budur ki, artıq erməni cəmiyyəti istər Ermənistanda, istərsə də ölkələrindən kənarda kəskin parçalanma yaşayırlar. Daha dəqiq desək, həm Qarabağ probleminin həlli istiqamətində ciddi narahatlıq keçirən, Azərbaycanın hücum taktikasından qorxan ermənilər, eyni zamanda öz aralarında vahidləşə bilmirlər. Bu faktın özü Ermənistanın və erməni cəmiyyətinin nə qədər ağır və çıxılmaz durumda olduqlarının bariz göstəricisidir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB