Ali Məhkəmə Eynulla Fətullayevin işi ilə bağlı AİHM-nin qərarına bu gün baxacaq
Günün ikinci yarısında Azərbaycan Ali Məhkəməsinin növbədənkənar Plenumunda Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına baxılacaq. SİA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.
Qeyd edək ki, Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Eynulla Fətullayevin Azərbaycan dövlətinə qarşı şikayətinə baxaraq onun dərhal azadlığa buraxılmasını və jurnalistə 27 min 822 avro təzminat ödənilməsini tələb edib. Azərbaycan hökuməti qərardan Böyük Palataya şikayət versə də, oktyabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi əvvəlki qərarı qüvvəsində saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB