Akif Nağı: “Rusiya Ermənistanda hərbi çevrilişə gedə bilər” MÜNASİBƏT
“Ermənistanda Nikol Paşinyanın baş nazir seçilib-seçilməməsindən asılı olmayaraq Yerevanda gərginlik davam etməli idi. Çünki orada qüvvələr üz-üzə dayanıb. Ermənistanda kütləvi hərəkat var və o hərəkatın başında da Paşinyan dayanıb. Görünən budur. Təbii ki, bu hərəkatın arxasında Qərb dayanır. Ermənistanda rusiyapərəst qüvvələr də var”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif nağı deyib.
Onun sözlərinə görə, Serj Sarkisyanın başçılıq etdiyi hakim Respublikaçılar Partiyası parlamentdə əksəriyyətə malikdirlər: “Bu qarşıdurma hakimiyyət uğrunda mübarizədir. İlk baxışda görünürdü ki, ola bilər ki, Rusiya bu mərhələdə geri çəkilsin və rusiyapərəstləri geri çəksin. Amma görünür ki, Rusiya bu mərhələdə ciddi müqavimət göstərir. Ona görə də Rusiyanın tapşırığı ilə Respublikaçılar Partiyasının üzvləri hamısı bir nəfər kimi Paşinyanın əleyhinə səs verdilər. Yəni bu Sarkisyanın tapşırığı ilə ola bilməz. Çünki o hakimiyyətdən gedib və o qədər də təsir imkanları yoxdur. Onların konstitusiyasına görə, 1 həftədən sonra yenidən seçki gözlənilir. Rusiya vaxt qazanmağa çalışır. Növbədənkənar parlament seçkiləri ən azından 2-3 ay sonraya təyin olunacaq. Artıq belə görünür ki, Ermənistanda hakimiyyət uğrunda Qərb və Rusiya tərəfdarları arasında kəskin mübarizə gedir. Yaxın vaxtlarda o mübarizənin sona yetəcəyi görünmür. Rusiya Ermənistandan çıxarsa bütün regiondan çıxmış olacaq. Ola bilər ki, Rusiya orada hərbi çevrilişə də gedə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB