Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsi başlayır

Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsi başlayır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsinə start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat qrupları ön xətdə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edəcəklər.

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində tematik gecələr, “Qəhrəmanlıq dərsləri”, idman yarışları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə