“Tallin Moskva ilə münasibətlərini güc mövqeyindən qurmağı planlaşdırır”. SİA xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Sven Mikser “Sydney Morning Herald” nəşrinə müsahibəsində deyib. Estoniyanın XİN rəhbərinin sözlərinə görə, Rusiya siyasi məqsədlərinə çatması üçün ordudan istifadə edir: “Ona görə də Kreml müəyyən boşluğu hiss edən kimi, bunu zəiflik olaraq qəbul edir və dərhal bu vəziyyətdən yararlanmağa çalışır”.
Xarici işlər idarəsinin rəhbəri qeyd edib ki, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı təlimləri sülhün qorunmasına hesablanıb və Moskvaya qarşı heç bir aqressiya halı daşımır.
Bununla yanaşı, eston nazir Rusiyanın Skripal işində əlinin olmaması məsələsinə şübhəli yanaşdığını deyib. Diplomat bildirib: “Hər gün yeni vəziyyət və versiyalar düşünülür və bu, daha qarışıqlıq yaradır. Ümumiyyətlə, belə şeylər o qədər tez-tez baş verir ki, bu işdə təsadüfün olmasına inanmaq çətindir”.
“Sydney Morning Herald” nəşri daha bir iddianı da xatırladıb ki, Estoniya 2007-ci ildə kiberhücumlara məruz qalıb və bu işin arxasında da Rusiyanın əli dayanır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB