İstirahət mərkəzlərində qəfəslərdə saxlanılan vəhşi heyvanlar müsadirə edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qarşısını almaq məqsədilə Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları ilə birgə 09 noyabr 2010-cu il tarixində növbəti reyd keçiriblər.
Nazirlikdən SİA-ya verilən məlumata görə, reydlər zamanı Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında 1 ədəd ayının, Lerik rayonu ərazisində yerləşən istirahət mərkəzində isə 3 ədəd ayının və 1 ədəd canavarın qəfəsdə saxlanılması aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilib. Müsadirə olunmuş 4 ədəd ayı Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərərn Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilmiş, 1 ədəd canavar isə Hirkan Milli Parkının ərazisində təbiətə buraxılıb.
Bütün hallarda qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının "Heyvanlar aləmi haqqında" qanununamüvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.
Hazırda respublika ərazisində bu kimi reydlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB