GUAM xarici işlər nazirləri şurasının növbəti iclasının yeri və vaxtı müəyyən olub. SİA-nın GUAM-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, ATƏT-in Astana sammiti çərçivəsində GUAM XİN başçılarının görüşü keçiriləcək. Görüş ATƏT-in dekabrın 1-2-də Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacaq.
Eyni zamanda görüşə hazırlıq məsələləri Bakıda səfərdə olan GUAM baş katibi Valerii Çeçelaşvilinin GUAM üzrə Azərbaycanın milli əlaqələndiricisi olan Araz Əzimovla görüşündə müzakirə olunub.
Qeyd edək ki, tərəflər həmçinin GUAM-ın milli əlaqələndiricilərin noyabrın 23-24-də Kiyevdə keçiriləcək toplantısının gündəliyini də müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB