Paşinyan: "Ermənistanda hökumət yoxdur"

"Bu andan etibarən Ermənistanda hökumət yoxdur". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu etiraz hərəkatının lideri, millət vəkili Nikol Paşinyan Respublika Meydanında keçirilən mitinqdə bəyan edib.

Hökumət binasını göstərən Paşinyan deyib: "Bu binada əyləşənlərin bəziləri hesab edir ki, xalq Serj Sarkisyanın istefasına təəccüblənib və bu istefa ilə razılaşıblar".

Onun sözlərinə görə, Karen Karapetyan ümid edirdi ki, aprelin 23-də keçirilən bayramdan və 24-də keçirilən anımdan sonra xalq küçələrə çıxmayacaq: "Lakin ötən gün baş verənlər bir daha sübut etdi ki, Karen Karapetyan bizim inqilabın qələbəsini qeyd-şərtsiz qəbul etməli və onların hakimiyyətdə qalmağın arzu edimədiyini anlamalıdır".

Onun sözlərinə görə, Serj Sarkisyanın istefası ilə əlaqədar bütün hökumət təqaüdə çıxıb

"İndi hökumətdə vahid vəzifəli şəxs yoxdur, kabinetin bütün üzvləri istefa verib və hazırda Ermənistanda hökumət yoxdur".

Paşinyan Karapetyanın qanunla baş nazir vəzifələrini yerinə yetirməyə haqqı olmadığın bildirərək qeyd edib ki, bu, cinayət məsuliyyətinə səbəb ola bilər: "Karapetyan ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsinin vacibliyini vurğulayır. Mən onun bu məntiqinə təəccüblənirəm", - deyə, Paşinyan deyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə