“Üçlüyə daxil olan ölkələr Çinin rəqabəti ilə getdikcə daha çox üzləşir”

“Üçlüyə daxil olan ölkələr Çinin rəqabəti ilə getdikcə daha çox üzləşir”

ABŞ, Avropa və Yaponiyanın qlobal tədqiqat və inkişaf (R&D) səylərinə liderlik etdiyi bir vaxtda bu sahəyə daxil olan yeni dövlətlər, xüsusilə də Çinin rəqabəti ilə getdikcə daha çox üzləşir. Bu, 10 noyabr Ümumdünya Elm Günündə təşkilatın baş qərargahı tərəfindən açılışı olmuş "2010-cu il YUNESKO Elm Hesabatı"nın gəldiyi nəticələrdən biridir.

"YUNESKO Elm Hesabatı" sürətlə dəyişən mənzərəni əks etdirir. Qlobal miqyasda R&D-ə edilən yatırımların artdığı bir vaxtda (həcmcə) rəqabətə yeni qoşulan dövlətlər açıq-aydın elm və texnologiya sahələrində güclənir. Bu özünü xüsusilə Asiyanın ümumdaxili xərclərinin tədqiqat və inkişafa sərf edilmiş hissəsində də göstərir.

Əsasən Çin, Hindistan və Koreya Respublikasının liderlik etdiyi Asiyanın payı 2002-2007-ci illər arasında 27%-dən 32%-ə qədər artıb. Eyni dövr ərzində üç ağır çəkili rəqib Avropa Birliyi, ABŞ və Yaponiya üçün azalma qeydə alınıb.

Üçlüyə daxil olan ölkələrin öz liderliyini qoruyub saxladığı bir sahə hələ də var və bu patentləşdirmədir.

"Dünya Elm hesabatında istifadə edilmiş göstəricilərin hamısı qlobal səviyyədə biliklərin yaradılması prosesindəki bərabərsizlikləri göstərən patentləşdirmə göstəriciləridir", hesabatda deyilir. ABŞ-ın patent və ticarət nişanı ofisi, Avropa Patent Ofisi və Yaponiya Patent ofisi ən böyük hissəyə iddia edirlər və bu orqanlarla dolmuş patentlər onların yüksək keyfiyyətdə olması deməkdir.

Həmçinin, inkişaf etməkdə olan dövlətlər daha çox tədqiqatçılar və elm xadimlərini təlimləndirsə də bu onların öz ölkələrində asanlıqla iş tapmalarına səbəb olmadığı üçün onlar da Şimal-Cənub və Cənub-Cənub istiqamətində gedən məzun axınına qoşulurlar. Hindistan, Türkiyə və Aşağı Sahara Afrikası və Cənubi Asiyanın bəzi dövətləri xüsusilə bu problemlə üzləşirlər.

Elm Hesabatı beynəlxalq ekspertlər tərəfindən yazılıb. Bu hesabat çox saylı kəmiyyət və keyfiyyət göstəricilərinə əsaslanaraq elm və texnologiya sahələrində qlobal tendensiyalara ümumi baxışı əks etdirir. O müxtəlif regionlara və müəyyən ölkələrə (Braziliya, Kanada, Çin, Kuba, Hindistan, İran, Yaponiya, Koreya Respublikası, Rusiya Federasiyası, Türkiyə və ABŞ) həsr edilən hissələrə ayrılıb. YUNESKO-nun əvvəlki iki elm hesabatları 1998-ci il və 2005-ci ildə nəşr edilib.

2007-ci ildə dünya ÜDM-in R&D-nin payına düşən hissəsi 1.7%-ə çatıb. Faiz göstəricisi olaraq bu 2002-ci il illə müqayisə edilə biləndir. Lakin məbləğ olaraq bu rəqəm 790 milyard ABŞ dollarından 1146 milyard ABŞ dollarına qədər artıb və bu da 45 % artım deməkdir. Bu eyni müddət üçün ÜDM artımından bir az çoxdur (43%).

Bütün xəbərlər Facebook səhifəmizdə