Elmar Məmmədyarov ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar ofisinin direktoru ilə görüşüb

Elmar Məmmədyarov ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar ofisinin direktoru ilə görüşüb

Noyabrın 8-də nazir Elmar Məmmədyarov ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar ofisinin direktoru Janes Lenarcic ilə görüşüb. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşün mövzusu noyabrın 7-də Azərbaycanda Milli Məclisə keçirilmiş seçkilər olub. Nazir E.Məmmədyarov ATƏT-in Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar ofisinin noyabrın 8-də seçkilərin yekunlarına həsr edilmiş birgə bəyanatında bir sıra ziddiyyətli fikirlərin olduğunu J. Lenarcicin diqqətinə çatdırıb.

Sonra tərəflər Astanada keçiriləcək ATƏT-in zirvə sammiti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə