Abdullah Gül: "Dağlıq Qarabağın işğalı beynəlxalq birlik tərəfindən görməməzliyə vurula bilməz"

Abdullah Gül: "Dağlıq Qarabağın işğalı beynəlxalq birlik tərəfindən görməməzliyə vurula bilməz"

Türkiyə prezidenti Abdullah Gül Oksford İslam Araşdırmalar Mərkəzində "İslam dünyası, demokratiya və inkişaf" mövzusunda çıxış edib. SİA-nın "trt"yə istinadən verdiyi məlumata görə, Gül Türkiyənin Qafqazdakı problemlərin həlli üçün səy göstərdiyini söyləyib və qeyd edib ki, Dağlıq Qarabağın işğalı beynəlxalq birlik tərəfindən görməməzliyə vurula bilməz.

Ermənistan sərhədinin nə zaman açılacağına dair sualın cavabında Abdullah Gül bildirib ki, bölgədəki problemlərə xroniki yanaşılmamalıdır.

Ermənistanın Dağlıq Qarabağı işğal etməsinin BMT tərəfindən də təsbit edildiyini söyləyən Gül bu səbəbdən beynəlxalq birliyi problemə daha diqqətlə yanaşmağa çağırıb. Türkiyə prezidenti ölkəsi ilə Ermənistan arasında bəzi problemlərin olduğunu, ancaq bu problemlərin həlli üçün səy göstərildiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə