Respublikamızda ilk dəfə qeyd olunan 9 noyabr "Azərbaycan Bayrağı Günü" Masallı rayonunda da əsil coşqu ilə keçirilib.SİA-nın cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimyiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, məhz cənub bölgəsində ilk dəfə olaraq Masallı rayonunda Bayraq meydanı qurulub.Sonra rayonun məsul şəxslərin, ictimaiyyət nümayədələrinin iştirakı ilə Bayraq meydanının açılışı olub. Mərasimdə Dövlət Himninin sədaları altında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.
Qeyd edək ki, Masallıda qurulan Dövlət Bayrağının sütununun hündürlüyü 34, bayrağının eni 6, uzunluğu 12 metrdir. Meydanda, eləcə də Azərbaycanın bütün dövlət rəmzləri- dövlət himninin mətni, dövlətimizin gerbi və Azərbaycanın xəritəsinin təsviri də yaradılıb. Bayram münasibəti ilə düzənlənən tədbirdə azərbaycançılığa, dövlətçiliyə, vətənpərvərliyə həsr olunan mahnılar, kompozisiyalar səslənib.
Bayraq meydanının açılışı və "Azərbaycan Bayrağı Gün"ü bayram konserti və bayram atəşfəşanlığı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB