Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Noyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə MSK-nın növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən ikisi təmin edilməmiş, birinin araşdrıma müddəti uzadılmış, biri qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçinin özünə geri qaytarılmış, digərləri isə aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə