Türkiyəli deputat: “Azərbaycanda seçkilərin nəticələrinə mane olacaq nöqsana rast gəlmədik” - AÇIQLAMA

Türkiyəli deputat: “Azərbaycanda seçkilərin nəticələrinə mane olacaq nöqsana rast gəlmədik” - AÇIQLAMA
"Azərbaycan parlament seçkilərini sürətlə inkişaf etdirməyə çalışır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri türkiyəli deputat Haluk İpek açıqlamasında deyib. O bildirib ki, Amerika, Avropa ölkələrində olduğu kimi Azərbaycanda da bununla bağlı müəyyən çatışmamazlıqlar var. Müşahidəçi qismində qutulardakı seçki bülletenlərin sayına xüsusi diqqət etdiyini dilə gətirən türkiyəli deputat bildirib ki, bir qutuda bülletenlərin sayı çox olmamalıdır: "Müşahidə zamanı bir qutudan 1200-1300 bülletenlərin olduğuna rast gəlirdik. Amma qutularda bülletenlərin sayı daha az olmalıdır. Şimali və Cənubi Amerikanın bir sıra ölkələrində və ya Avropa ölkələrində olduğu kimi Azərbaycanda da bülletenlər açı şəkildə yəni zərfə qoyulmadan atılır. Amma bu zərfdə də ola bilər".

Açıqlaması zamanı saçicilərin aktivliyinə də toxunan Haluk İpek seçicilərin sayının az olduğunu dilə gətirib: "Seçicilər səsvermədə daha aktiv şəkildə iştirak etməlidirlər. Əgər belə olarsa o zaman seçicilər daha çox demokratiyaya və ölkələrinə sahib ola bilərlər. Amma müşahidə zamanı Azərbaycanda seçkilərə qatılanların sayında azlıq müşahidə olundu. Düzdür Avropa ölkələrində də parlament seçkilərinə az sayda insan qatılır. Amma düşünürəm ki, yeni inkişaf etməkdə olan ölkələrdə bu say daha çox olmalıdır".

Nöqsanlara gəlincə isə Haluk İpək bildirib ki, seçkilərin düzgün keçirilməsi üçün Azərbaycanda hər çür şəraityt yaradılmışdı. Hər bir seçkidə nöqsanların olduğunu vurğulayan türkiyəli deputat Azərbaycanda seçkilərin nəticələrinə mane olacaq nöqsana rast gəlmədiklərini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə