AXCP-Müsavat liderlərinin mətbuat konfransında KİV nümayəndələrinə təzyiq olundu, ANS-i zaldan qovmağa çalışdılar
Bu gün "AXCP-Müsavat" seçki bloku parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər diqqəti daha çox seçkilərin təbliğatında mühüm rol oynayan kütləvi informasiya vasitələrinin onları dəstəkləmədiyinə çəkiblər. KİV təmsilçilərinin buna münasibəti isə AXCP-Müsavat təmsilçilərini çaşdırıb.
Müsavat başqanı adəti üzrə seçkilərin nəticələrini tanımayacağını bəyan edib və Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib: "Bu işə artıq start verilib. Azərbaycan məhkəmələri ədalətli qərar qəbul etməsələr Avropa İnsan Haqqları Məhkəməsinə üz tutacayıq".
Maraqlı hadisələr bundan sonra baş verib. Mətbuat konfransında iştirak edən ANS telekanalının bostanına daş atan müsavatçılar telekanalın əməkdaşlarını təhqir etməkdən, hətta qərargahdan qovmaqdan çəkinməyiblər. Zalda əyləşmiş partiya tərəfdarları ANS-dən mətbuat konfransını tərk etməyi tələb ediblər. Müsavat - AXCP seçki blokunun tərəfdarları dəstəklədikləri namizədlərin məğlub duruma düşməsində televiziyları günahkar biliblər. Tələblərə baxmayaraq ANS-in əməkdaşları konfrans zalından çıxmayıblar. İnsidentə İsa Qəmbər və Əli Kərimli də qoşulub.
Məsələyə siyasi ekspertlərin münasibətini öyrənməyə çalışdıq. "Bir məsələni qeyd etmək yerinə düşər ki, artıq seçkilərin nəticələri barəsində yerli və xarici müşahidəçilər, o cümlədən Avropa institutlarının təmsilçiləri, müşahidə missiyalarının üzvləri müsbət rəy veriblər. Buna baxmayaraq məğlub olmuş AXCP-Müsavat namizədləri məğlubiyyətlərini sığortalamaq üçün məlum addımı atmaq məcburiyyətində qaldıqlarını büruzə verirlər. Çünki xaricdən alınmış qrantın hesabını vermək zamanı çatıb", - bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB