Azerfon-Vodafone Facebook istifadəçiləri arasında keçirilən müsabiqənin qaliblərini elan edib

Azerfon-Vodafone Facebook istifadəçiləri arasında keçirilən müsabiqənin qaliblərini elan edib

6 Noyabr 2010-cu il tarixində Park Bulvar ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən Azerfon-Vodafone mağazasında mobil operatorun bazara təqdim etdiyi son məhsulu, 3G mobil müşahidə kamerası, üçün ən yaxşı şüar təklif edən Facebook istifadəçəilərinə hədiyyələr təqdim edilib.

SİA-nın məlumatına görə, müsabiqənin qalibləri Sahil Qədimbəyli 3G müşahidə kamerasını, Aynur İsmayılova Azerfon-Vodafone 3G internet modemini qazanıblar. Müsabiqənin şərtlərinə əsasən Azerfon-Vodafone Facebook istifadəçiləri 3G Müşahidə Kamerası üçün şüar təklif etməli idilər. Qaliblərin hədiyyələrlə təltif olunma mərasimində çoxsaylı Azerfon-Vodafone Facebook fanları və şirkət nümayəndəliri iştirak ediblər.

Qeyd edək ki, Azerfon-Vodafone 3G Müşahidə Kameralarını Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim edib. 3G kameraları vasitəsilə məsafədən asılı olmayaraq mobil telefonun düymələrindən istifadə edərək kameranın quraşdırıldığı məkanı müşahidə etmək, müşahidə istiqamətini dəyişmək, eləcədə səs ötürülməsini həyata keçimək mümkündür.

3G Müşahidə Kamerasını əldə etmək üçün Azerfon-Vodafone Mərkəzlərinə müraciət etmək kifayətdir. Kameranın texniki göstəriciləri və digər əlavə məlumatı www.azerfon-vodafone.az saytından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə