Ananın səhlənkarlığı 10 günlük körpənin faciəvi ölümünə səbəb oldu

Ananın səhlənkarlığı 10 günlük körpənin faciəvi ölümünə səbəb oldu
ABŞ-ın Oklahoma əyalətində anası tərəfindən digər paltarlarla birlikdə səhvən paltaryuyan maşınına atılan 10 günlük körpə faciəvi şəkildə can verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Oklahomanın Bartlesville şəhərində yaşayan Lyndsey Fiddler adlı qadın çirkli paltarları yumaq üçün paltaryuyan maşınına qoyduğu an paltarların üstündə olan 10 günlük qız uşağı Maggi Mayini də səhvən maşının içinə atıb.

İki uşaq anası olan L.Fiddles körpəsinin vəziyyətindən xəbərsiz olaraq yuxuya gedib. Hadisə Fiddlesin xalası Rhonda Coshattın evə gəlməsiylə ortaya çıxıb. Belə ki, R.Coshatt evə gəldiyində 10 günlük körpəsini tapa bilmədiyi halda ananı oyadıb. Xala R.Coshatt evi axtardıqları zaman paltaryuyan maşını dayandırıb içinə baxdığında qorxunc bir mənzərəylə qarşılaşıb.

Hadisədən sonra istintaqa başlayan Bartlesville polisi paltarları körpəsiylə birlikdə maşına atan ananın narkotik istifadəçisi olduğunu aşkarlayıb. Narkotik cinayətindən məhkumluğu olması təsdiq edilən ananın, digər uşaqlarına da laqeyd yanaşdığı səbəbindən daha əvvəl ictimai təhlükəsizlik səlahiyyətləri ilə başının dərdə girdiyi ortaya çıxıb.

Nəticədə ana Lyndsey Fiddler ikinci dərəcədə cinayət və narkotik istifadə etməkdən həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə