AŞPA Azərbaycanda keçirilən parlament seçkisində aparılan müşahidənin nəticələrini müzakirə edəcək

AŞPA Azərbaycanda keçirilən parlament seçkisində aparılan müşahidənin nəticələrini müzakirə edəcək

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosu noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçiriləcək iclasda Azərbaycandakı parlament seçkisində aparılan müşahidənin nəticələrini müzakirə edəcək. SİA-nın Avropa Şurasının saytına istinadən verdiyi xəbərə görə, büro AŞPA-nın növbəti sessiyasının gündəliyinin layihəsini, Azərbaycan, Moldova və Bosniya-Herseqovinadakı seçkilərdə aparılmış müşahidəçiliklə bağlı məsələləri müzakirə edəcək.

 

Eyni zamanda Avropa Seçkiləri Müşahidə Akademiyasının müşahidə missiyası Azərbaycanda keçirilmiş parlament seçkisi ilə bağlı rəyini açıqlayıb. 27 Avropa ölkəsi, eləcə də, ABŞ və Kanadadan olan 163 deputat və seçki ekspertlərini təmsil edən missiya 77 dairədə apardığı müşahidələrdən sonra seçki prosesində problem qeydə almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə