Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Müşahidə Missiyasının milli məclisə keçirilən seçkilərlə bağlı ilkin rəyini açıqlanıb. SİA-nın xəbərinə görə, bununla bağlı keçirilən mətbuat konfransında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, təmsil etdiyi qurum 106 dairənin 4400 məntəqəsində müşahidə aparıb. Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar 5 dəfə ictimaiyyətə təqdim olunub.
Bütün əldə edilən uğurlara baxmayaraq ilkin rəydə bəzi neqativ hallar da qeyd edilib: "Seçki günü ölkə üzrə bir sıra məntəqələrdə müşahidəçilərin qeydiyyatdan keçməsində, səsvermə və səslərin sayılması prosesində kiçik qanun pozuntuları müşahidə olunub. Bəzi məntəqələrdə müşahidəçilər üçün ayrılan yerlərin düzgün seçilməməsi müşahidə aparılmasında müəyyən çətinliklər yaradıb".
M.Zülfüqarlı qeyd edib ki, belə faktlarla əlaqədar AVCİYA hüquqşünasları müvafiq tədbirlər həyata keçirirlər: "Lakin qeydə alınan bu qanun pozuntuları çox az sayda məntəqələri əhatə etdiyindən seçkilərin nəticələrinə təsir etmir".
İlkin rəydə parlament seçkilərinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, şəffaf və ədalətli şəkildə keçirildiyi, seçki mühitinin əvvəlki parlament seçkilərindən daha demokratik və konstruktiv olduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB