İranın XİN rəhbəri ABŞ-a səfər edəcək

İranın XİN rəhbəri ABŞ-a səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfərə gedəcək. SİA İran KİV-ə istinadən xəbər verir ki, səfər aprelin 19-da baş tutacaq. Məlumata əsasən, onu səfərdə müavinləri müşaiyət edəcək.

M.Zərif Nyu-Yorkda BMT-nin təşkil etdiyi sülh toplantısına qatılacaq. Eyni zamanda ABŞ-ın Xarici Əlaqələr Şurasında məruz ilə çıxış edəcək.

İran xarici işlər nazirinin ABŞ-a səfəri 6 gün sürəcək. Onun BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşü planlaşdırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə