"Parlament-2010" seçki monitorinqi koalisiyası: “80 seçki dairəsindəki müşahidəçilərin rəyinə əsasən səsvermədə 43,8 faiz seçici iştirak edib”
"Parlament-2010" seçki monitorinqi koalisiyasının təşkil etdiyi elektron səsvermə başa çatıb. SİA-nın xəbərinə görə, bunu "Parlament-2010" seçki monitorinqi koalisiyasının koordinatoru Rasim Şərifli keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, koalisiyasının təşkil etdiyi elektron səsvermədə 25 442 seçici iştirak edib. O, qeyd edib ki, koalisiyanın 80 seçki dairəsindəki müşahidəçilərinin rəyinə əsasən səsvermədə 43,8 faiz seçici iştirak edib.
Koalisiyanın üzvü Əhməd Qəşəmoğlu isə bəyan edib ki, Azərbaycanda parlament seçkisində ilk dəfə tətbiq edilən elektron səsvermə sınaqdan uğurla çıxıb: "Elektron səsvermə ilk dəfə keçirilib. Səsvermənin hüquqi əsası yoxdur, yoxlama xarakterlidir. Dünyanın inkişaf etmiş ölkələrində elektron səsvermə sistemindən istifadə edilir. Sistem sınaq mərhələdən çox uğurlu keçdi. Məqsəd ictimai rəyi öyrənmək idi".
Onun sözlərinə görə, elektron səsvermə sisteminin təkmilləşdirilməsi məqsədilə növbəti seçkilər üçün iş aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB