MSK-nın növbəti iclasında komissiyaya daxil olan 14 müraciətə baxılıb

MSK-nın növbəti iclasında komissiyaya daxil olan 14 müraciətə baxılıb
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Ümumilikdə 14 müraciətə baxılıb ki, onlardan da 11-i yenidən baxılmaq üçün DSK-ya göndərilib, 2-si təmin olunmayıb, 1-ə isə xitam verilib.

MSK-ya daxil olan 14 müraciətdən yalnız biri seçki günü ilə bağlıdır, qalanı əvvəlki günlərlə əlaqədar idi.

MSK-nın katibi Natiq Məmnmədov bildirib ki, müraciətlər əsasən seçkidən əvvəl baş verən hadisələr və seçki günü baş verməsi ehtimal olunan hadisələrlə bağlıdır. O, 8 seçki dairəsindən 100-ə yaxın aktın faks vasitəsilə MSK-ya daxil olduğunu bildirib. MSK katibi qeyd edib ki, bu aktlarda müşahidəçilərin vəzifə səlahiyyətlərinin aşması ilə bağlı faktlar öz əksini tapıb: "Bir çox müşahidəçilər öz vəzifələri ilə bağlı lazımi qədər məlumatlı deyil. Bəzən müşahidəçilərin özləri arasında da anlaşılmazlıqlar yaranıb. Görülən odur ki, müşahidəçilər və seçki dairələrinin üzvləri ilə bağlı anlaşılmazlıqlar mövcuddur. Hamısı ilə bağlı araşdırma aparılır. Aktların demək olar ki, yarısı bir seçki dairəsi, konkret namizəd və onun müşahidəçiləri ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə