16 saylı Yasamal II Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində seçicilərin 10%-i, 15 saylı məntəqədə isə 12%-i səs verib
16 saylı Yasamal II seçki dairəsinin 15 və 16 saylı seçki məntəqəsində səsvermə prosesi seçkinin qanun və tələblərinə uyğun olaraq aparılır və heç bir qanun pozuntusu aşkar olunmayıb. DSK-dan SİA-ya verilən xəbərə görə, 16 saylı seçki məntəqəsində ümumi seçicilərin 10%-i, 15 saylı seçki məntəqəsində isə seçicilərin 12%-i səs verib.
16 saylı seçki məntəqəsində seçkiləri müşahidə edən ATƏT-in müşahidəçi missiyasının üzvü Mokiu Viktor və Ronald Sounders SİA-ya açıqlamasında bildirib ki, səsvermənin gedişini izlədikləri zaman heç bir qanun pozuntusuna rast gəlinməyib. 15 saylı seçki məntəqəsində isə Bromli Karolin və Gillespie Con müşahidə apardıqları seçki məntəqələri ilə bağlı bildiriblər ki, səsvermə məntəqələrində heç bir qanun pozuntusuna rast gəlməyiblər və bütün izlədikləri məntəqələrdə səsvermə qanunun tələblərinə uyğun aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB