14 saylı Xəzər seçki dairəsi Seçici fəallığı yüksəkdir

14 saylı Xəzər seçki dairəsi Seçici fəallığı yüksəkdir

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub. SİA-nın verdiyi məlumata görə, saat 15:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir.

Bu seçki dairəsidə 51117 seçicidən 35135-i (68.73%) artıq səsvermədə iştirak edib. Saat 15:00 olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal Üçüncü Seçki dairəsidir. Bu seçki dairəsində 40068 seçicidən 17657-i (44.07%) səsvermədə iştirak edib.

Qeyd edək ki, saat 15:00 olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 227 817 nəfəri (60,74%) səsvermədə iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə