Pedofillərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb

Pedofillərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb

Türkiyə parlamenti pedofillərin cəzalandırılması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarıb. SİA-nın verdiyi məlumata görə, qanun layihəsinin qəbul olunacağı təqdirdə pedofillər 20 ildən 40 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Qanun layihəsinin gün ərzində qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül Türkiyədə pedofillərin axtalanması barədə qərarın qəbul oluna biləcəyini demişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə