Əli Abbasov: “Peykin orbitə çıxarılması ilə bağlı Azərbaycanla Fransa şirkəti arasında imzalanan müqavilənin dəyəri 93 milyon ABŞ dollarıdır
"Peykin orbitə çıxarılması ilə bağlı Azərbaycanla Fransa şirkəti arasında imzalanan müqavilənin dəyəri 93 milyon ABŞ dollarıdır". SİA-nın verdiyi xəbərə görə bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, "Ariena-5ECA" raketdaşıyıcısı sığorta şirkətləri üçün ən az riskli raketa sayıldığı üçün Azərbaycan sığorta müqaviləsində bir neçə milyon qənaət edəcək.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə Fransanın "Arianespace" şirkəti arasında ölkəmizin ilk telekommumikasiya peykinin istehsalı olan "Ariena-5ECA" raketdaşıyıcı ilə orbitə çıxarılması barədə müqavilə imzalanıb.
Açıqlaması zamanı Peykin sığortlanmasında yerli sığorta şirkətlərin iştirakı ilə bağlı sualı da cavablandıran nazir bildirib ki, ümumiyyəltə bu layihənin həyata keçirilməsində bir neçə Azərbaycan şirkəti köməkçi şirkət kimi iştirak edəcəklər.
O qeyd edib ki, baş sığorta şirkəti seçiləndən sonra həmin şirkət yerli sığorta şirkətlərindən biri ilə əməkdaşlıq edəcək: "Yaxın bir neçə vaxtlarda peykin 100 faizlik sığortası ilə bağlı şirkət seçiləcək və onlarla müqavilə hazırlanacaq. Sonradan bizim kadrların hazırlanması, kreditlərin imzalanması və digər planlaşdırdığmız işlər plan üzrə həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB