“ELS” “exit-poll” keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb

“ELS” “exit-poll” keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Milli Məclisə keçiriləcək seçkilərdə "exit-poll" keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırlıq işləri çərçivəsində intervüer və supervayzerlər üçün təlimlər təşkil olunub. Bu təlimlərdə intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Həmçinin onlara tədqiqat zamanı ilk dəfə tətbiq edilən informasiya kommunikasiya texnologiyalarından istifadə qaydaları izah edilib.

Hazırlıq mərhələsi dövründə "exit-poll" həyata keçirəcək şəxslər üçün tədqiqat zamanı istifadə ediləcək sənədlər və ləvazimatlar hazırlanıb. Artıq bu sənədlər və ləvazimatlar paytaxt və regionlarda aidiyyəti şəxslərə çatdırılıb. Həmçinin seçki günü tədqiqat prosesində iştirak edəcək telefonçu və operatorlar üçün təşkil olunmuş treninqlər də yekunlaşıb.

Mərkəz noyabrın 7-də "exit-poll" tədqiqatının əsas mərhələsini Bridge Plaza otelinin konfrans zalında aparılacaq. Bütün KİV nümayəndələri "exit-poll" tədqiqatının bu prosesini müşahidə edə bilər. Noyabrın 7-də keçiriləcək parlament seçkilərində 118 dairə üzrə 1180 məntəqədə "exit-poll" tədqiqatı həyata keçirəcək.

Qeyd edək ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı "exit-poll" tədqiqatını həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə