Bu gün AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Bakıya gələcək

Bu gün AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Bakıya gələcək

Bu gün AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt Fon de Mora Bakıya səfərə gələcək. SİA-nın xəbərinə görə, səfərin məqsədi noyabrın 7-də keçiriləcək parlament seçkilərini müşahidəçi qismində izləməkdir. Onlar müşahidələrini AŞPA-nın qüsamüddətli missiyasının tərkibində aparacaqlar.

 

Noyabrın 9-da başa çatacaq səfərin yekunları əsasında həmməruzəçilərin hesabat hazırlayaraq AŞPA sessiyasına təqdim edəcəkləri gözlənilir.

 

Qeyd edək ki, Pedro Aqramunt Fon de Mora həmməruzəçi qismində ilk dəfə Azərbaycanda olacaq və o, AŞ PA-nın bu ilin iyununda keçirilən sessiyasında Azərbaycan üzrə həmməruzəçi təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə