İstanbulda terror aktı törədən şəxsin kimliyi açıqlanıb

İstanbulda terror aktı törədən şəxsin kimliyi açıqlanıb

İstanbul valisi Hüseyn Avni Mutlu bazar günü kamikadze hücumunu Türkiyənin kürdlərin məskunlaşdığı cənub-şərq bölgəsi Van vilayətindən olan şəxsin həyata keçirdiyini bildirib.

SİA-nın məlumatına görə, Vedat Açar adlı həmin şəxsin separatçı terrorist təşkilatının üzvü olduğu deyilib. Təşkilatın adı açıqlanmasa da, türk rəsmiləri adətən bu sözdən PKK-dan danışarkən istifadə edir.

Bu partiya 32 adamın xəsarət aldığı hücumun məsuliyyətini daşımadığını deyir. Hücum Taksim meydanı yaxınlığında polis avtobusuna qarşı yönəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə