Qarşıdan parlament seçkiləri gəlir. Ötən seçkilərdə Milli Məclisdə təmsil olunan deputatlardan bir qismi yenidən namizədliyini irəli sürüb. 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Fuad Muradovun ötən 5 il ərzində gördüyü işlər haqqında məlumat əldə etmək üçün Səbail ərazisini gəzib seçicilərlə də söhbət etmək qərarına gəldik. Hər ünvandan bir seçicini danışdırdıq. Söhbətləşdiyimiz insanların fikirlərini sizə təqdim edirik:
Əsədova Sevil, 163 saylı orta məktəbin tarix müəllimi
(İ.Məmmədov küçəsinin sakini)
- Qarşıdan Milli Məclisə seçkilər gəlir. Biz seçkilərdən çox şey gözləyirik. Ötən dəfəki kimi bu dəfə də bizim namizədimiz Fuad Muradovdur. Onun haqqında deyə bilərəm ki, çox savadlı, dünyagörüşlü bir kadrdır. Onun platforması düşünülmüş şəkildə tərtib olunub. Orada sosial, tibbi, ekoloji, gənclər siyasəti sahələrinə yer ayrılıb.
Ötən 5 ildə o, biz seçicilər qarşısında daim bizimlə olacağına söz vermişdi. Mən təkcə şahidi olduğunu deyəcəyəm. 38 ildir burda yaşayıram. Bu vaxta qədər heç bir deputat bizim üçün bu qədər işlər görməyib. Mən konkret faktlarla danışacağam. O, hər bir ailəyə, xəstələrə, qocalara qayğı göstərir. Məsələn, mənim həyat yoldaşım xəstədir. Fuad müəllim ona həmişə baş çəkir. Bu mənəvi bir dəstəkdir, bir diqqətdir. Əvvəllər bizim yollarımız bərbad vəziyyətdə idi. İndi isə onun qaldırdığı məsələlərdən sonra bu problem də aradan qalxdı. Uşaqlarımız üçün oynamağa yer yox idi. Fuad müəllimin təşəbbüsü ilə burada park yaradıldı. Aydın Məmmədov, Əlibəyov qardaşları küçələri onun təşəbbüsü ilə abadlaşdırıldı.
Bundan başqa, Cavanşir adlı bir qonşumuz var. İşsiz idi. Onun övladları yüksək balla Tibb Universitetinə daxil olmuşdular. Amma onları oxutmaq üçün imkanı yox idi. Fuad müəllimə müraciət edəndən sonra onun işlə təmin olunması üçün müvafiq qurumlarla əlaqə saxladı və köməklik göstərdi.
Zakir Məmmədov adlı bir əsgərimizin əlində qumbara partlamışdı. Köməkliyi yox idi. Fuad müəllimə müraciət edəndən sonra onun müalicəsi üçün şərait yaradıldı. Odur ki, biz qarşıdan gələn seçkilərdə yalnız Fuad Muradovu dəstəkləyirik.
Firuzə Namazova - 70 yaş
(20-ci sahə, Ö.Nemanzadə küçəsinin sakini)
- Mənim evim heç bir şəraitim yox idi. Fuad Muradova müraciət etdim. Məhz onun təşəbbüsü ilə mənə yeni bir ev tikildi. Mən yaşlı insanam. Yaşlılara qayğı göstərmək dövlətimizin əsas prinsiplərindəndir. Fuad Muradov da bizim deputatımız kimi bütün bayramlarda baş çəkir, bizləri yoxlayır, maddi və mənəvi kömək edir. Digər tərəfdən Fuad Muradov qayğıkeş insandır. 5 il bundan əvvəl bizə verdiyi bütün vədlərinə əməl edib. O, gənc olmasına baxmayaq bütün enerjisini xalqın yolunda xərcləyir. Bu dəfə də namizədliyini dəstəkləyirik və seçkilərdə seçimimiz yalnız Fuad Muradovdur. Digər tərəfdən Fuad Muradov səmimi insandır. Böyüklə böyük kimi, kiçiklə kiçik kimi rəftar edir. Mən hər kəsi Fuad Muradova səs verməyə çağırıram.
Məhəmməd Məhəmmədov
( Əlibəyov qardaşları küçəsinin sakini)
- Mən neft sənayesində 50 il çalışmışam. Ötən 5 ildə Fuad Muradovu dəstəklədik. O, verdiyi vədlərə əməl edib. Bundan başqa nə vaxt müraciət ediriksə bizi qəbul edir və problemimizlə yaxından maraqlanır, həllinə çalışır. Məsələn ötən seçkilərdə yollarımızı düzəltmək üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirmişdi. İndi baxın yollarımız düzəlib. Mən bir seçici kimi artıq seçimimi etmişəm və seçkilərdə Fuad Muradovu dəstəkləyəcəm.
Qasımova Zümrüd
(Elçin Əzizov küçəsinin sakini)
- 15 ildir bu küçədə yaşayıram. Biz keçən 5 ildə Fuad Muradovu deputatımız seçdik. Bundan peşman deyilik. 30 ildir bizim küçədə kanalizasiya problemi var idi. Çirkab sular küçədən axırdı, evlərimizə dolurdu. Lakin Fuad müəllimə bu problemin aradan qaldırılması üçün müraciət etdik. Məhz onun təşəbbüsü nəticəsində bu problem aradan qalxdı. Onun fəaliyyəti bununla məhdudlaşmır. Belə ki, küçəmizə asfalt örtüyü salındı. Çox şükür olsun ki, Fuad müəllim kimi insan bizim deputatımızdır. Bir daha ona səs verəcəyik.
Kərim Məhərrəmov
(Salyan yolu dalan 3 küçəsinin sakini)
- Mən 40 ilə yaxındır ki, bu məhəllədə yaşayıram. İndiyə qədər mənim gördüyüm deputatların içərisində Fuad Muradov yeganə insandır ki, bizimlə daim maraqlanıb. Şəxsən mən və bütüm məhəlləmiz onu dəstəkləyirik. Çünki bütün müraciətlərimiz cavablandırılıb. Problemlərimizin həllində daim səy göstərib. Digər tərəfdən o gəncdir və daha enerjilidir. Bu yaşda onun bioqrafiyasına nəzər salanda çoxlu uğurlarının olduğunun şahidi olmuşuq. Bizim bu küçədə 20-30 il idi ki, yerimək olmurdu. Yollarımız bərbad idi. Lakin Fuad müəllimin təşəbbüsü ilə yollarımız yenidən çəkildi. İndi çox rahatıq. Bütün bu məhəllələrin yol problemi kökündən həll etdi. Bir daha demək istəyirəm ki, o verdiyi vədlərə tam əməl edib. Biz bütün məhəlləmiz seçkilərdə onu dəstəkləyəcəyik və "bir daha Muradov Fuad!" deyəcəyik.
Naqumanova Rumiya Raşitovna, 162 saylı orta məktəbin alman dili müəllimi
(Xanlar küçəsinin sakini)
- Fuad Muradov verdiyi vədlərə əməl edir. O, bizim gənclərimizə daim diqqət və qayğı göstərir. O, həmçinin bir sıra sosial problemlərin həllinə çalışır. Küçələrimizin asfalt örtüyü dəyişdirilib. Bundan başqa biz ona nə zaman müraciət ediriksə hər zaman bizi qəbul edir. Ona uğurlar arzulayırıq və seçkilərdə dəstəkləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB