"Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib". SİA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bu hələ son rəqəm deyil, müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi davam edir və yəqin ki, say artacaq.
MSK sədri qeyd edib ki, son məlumata görə 53 mindən artıq yerli müşahidəçi qeydiyatdan keçib: “Yerli müşahidəçilərin də sayı artmaqdadır və müraciətlərə baxılır”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB