Elvin Babayev: "Azərbaycan gəncləri antimilli ünsürləri kəskin şəkildə pisləyir” MÖVQE
“Əminliklə deyə bilərik ki, ölkənin çoxminli gənclər ordusu aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklər”. Bu fikirləri SİA-ya “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstəki İctimai Birliyinin sədr müavini Elvin Babayev deyib.
Onun sözlərinə görə, gənclərin Cənab İlham Əliyevə səs verməsini şərtləndirən başlıca amil ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətidir: “Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1997-ci ildən ölkədə hər il 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi, həmin tarixdə ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayan gənclərin dövlət başçısı tərəfindən təltif olunması, müxtəlif illəri əhatə edən Gənclər Proqramlarının qəbul edilməsi, PA Gənclər İdman şöbəsinin yaradılması və Gənclər Fondunun yeni strukturda formalaşdırılması, dövlət orqanlarında, parlament və bələdiyyələrdə gənclərin təmsilçiliklərinin artması məhz dövlətin gənclərə olan diqqət və qayğısının əyani sübutudur. Bütün bunlar onu deməyə əsas verir ki, 11 aprel seçkilərində Azərbaycan gəncləri hamılıqla Cənab İlham Əliyevi dəstəkləyəcəklər”.
O, Avropa ölkələrində özünə sığınacaq tapan və bu gün ölkə rəsmilərini təhqir edən antimilli ünsürlərin də gənclər tərəfindən qəbul edilmədiyini və onların qeyri-etik hərəkətlərinin kəskin hiddət doğurduğunu vurğulayıb: “Azərbaycan gəncləri bəzi antimilli ünsürlərin siyasi mübarizəyə söyüş və təhqir elementləri gətirməsini qətiyyətlə qəbul etmir və bu kimi halları kəskin şəkildə pisləyir”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB