"Taliban" hücumları artırır

Əfqanıstanda "Taliban" hökumət qüvvələrinə qarşı hücumları artırır. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, "Taliban" Qaznə vilayətinin Xoqyani bölgəsinə hücum edərək hökumət binalarını yandırıb.

Polisləri girov götürən "Taliban"ın sözçüsü onlar öldürdüklərini, daha sonra isə silah və avtomobillərini qəsb etdiklərini bildirib.

Ölənlərin sayı ilə bağlı açıqlama verilməyib. "Taliban" rəsmi binaları və avtomobilləri yandırdıqdan sonra geri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə