MSK rəsmisi: “Seçkiləri 60-dan artıq QHT müşahidə edəcək” AÇIQLAMA
“Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən bütün layihələrin artıq ictimaiyyətin və beynəlxalq ictimaiyyətin gözü önündə keçirməyə öyrəşmişik. Artıq bu bizim iş şəraitimizin bir hissəsidir. Bütün bu layihələr bildiyiniz kimi respublikada fəaliyyət göstərən beynəlxalq müşahidəçilər tərəfindən izlənilir”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin rəhbəri Rövzət Qasımov deyib.
MSK Katibliyinin rəhbərinin sözlərinə görə, hazırda MSK-da 312 beynəlxalq müşahidəçi akkreditə olunub: “Bunlar 34 təşkilatı təmsil edir. Vətəndaşlıq baxımından isə onlar 47 ölkənin vətəndaşlarıdır. Amma bununla yanaşı bildiyiniz kimi hər zaman bizim birlikdə çalışdığımız və hər zaman onların fikirlərinə çox mühüm əhəmiyyət verdiyimiz müşahidəçi qruplarından biri də məhz yerli müşahidəçilərdir. Artıq respublikada 56 mindən yuxarı yerli müşahidəçi bu proseslərin izlənilməsinə qoşulub. Bu prosesləri izləyəcək müşahidəçilərin böyük əksəriyyəti siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləridir. Siyasi partiayalar burada fəallıq nümayiş etdirirlər.
Bildiyiniz kimi səsvermə günü seçki bülletenlərinə adı düşmüş bizim namizədlərin də böyük əksəriyyəti siyasi partiyaların təmsilçiləridir. Belə ki, 8 namizəddən 6-sı məhz siyasi partiyaların təsmilçiləridir. Mənə elə gəlir ki, bu da siyasi partiyaları müşahidə prosesində daha fəal olmağa həvəsləndirir və onların böyük bir ordu ilə bu prosesə qoşulmasını şərtləndirir. Qeyd etmək istərdim ki, QHT-lər bu seçkilərdə daha fəal nəzərə çarpırlar. Beləki 60-dan yuxarı QHT artıq səsvermə prosesinin müşahidəsi üçün istər MSK-da, istərsə də dairə seçki komissiyalarında akkreditə olunub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB