Rövzət Qasımov: “2013-cü ildən respublika üzrə xüsusi optik şəbəkə mövcuddur” MÜNASİBƏT
“Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən bizi qısa bir müddət ayırır. Mərkəzi Seçki Komissiyası (MSK) özünün təqdim etdiyi “Təqvim Planına” əsasən bir sıra addımlar atıb. Bu addımlar içərisində çox mühüm yer tutan tədbirlər sırasında məhz bizim maarifləndirmə layihələrimiz də var”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin rəhbəri Rövzət Qasımov deyib.
MSK rəsmisinin sözlərinə görə, maarifləndirmə layihələri artıq son mərhələyə çıxıb: “Seçki marafonu başladıqdan bəri müxtəlif qəbildən olan seçki iştirakçılarının məlumatlandırılmasına çox ciddi diqqət yetirilir. Burada məhz bizim seçicilərimiz, aşağı seçki komissiyası üzvlərimiz, müşahidəçilərin və digər seçki iştirakçılarının məlumatlı olması bu proseslərin daha rəvan keçməsini şərtləndirən amillərdir. Məhz bunu nəzərə alaraq biz bugünkü seminarı təşkil etmişik. Seminar aşağı seçki komissiyalarında fəaliyyət göstərən bizim kompyuter mütəxəssisləri yəni yüksək texnologiyalar üzrə mütəxəssislərimizdir. Bildiyiniz kimi həmin mütəxəssislər çox mühüm bir rol oynayır. Beləki səsvermə başa çatdıqdan sonra məlumatlar, səsvermənin nəticəsi haqqında protokollar məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına (DSK) gətirilir. Həmin məlumatlar DSK-dan xüsusi optik şəbəkə vasitəsilə MSK-ya ötürülür.
Bildiyiniz kimi artıq 2013-cü ildən bəri respublika üzrə xüsusi optik şəbəkə mövcuddur. Həmin şəbəkə mərkəzi və dairə seçki komissiyalarını birləşdirir. Bu komissiyalar arasında ani məlumat mübadiləsinin həyata keçirilməsini təmin edir. Həmin şəbəkə üzərindən məlumatların ötürülməsi üçün MSK-nın mütəxəssisləri bütün bu məsələlərin qaydasında olmasını hər zaman diqqət mərkəzində saxlayır. Bu dəfə də həmin layihəyə uyğun olaraq biz aşağı seçki komissiyalarında fəaliyyət göstərən mütəxəssislərimizin daha hazırlıq olması, prosesləri daha məharətlə həyata keçirməsi üçün bütün addımlar atılacaq. Qarşıdan gələn üç gün müddətində praktiki olaraq səsvermə gününün sonunda hansı fəaliyyəti həyata keçirəcəklərsə həmin məşqləri edəcəklər. Əminik ki, onlar səsvermə günü bizim seçicilərimizin səslərinin tez bir zamanda ictimailəşdirilməsi və həmin məlumatların MSK-ya çatdırılması üçün çox peşəkarcasına bu işin öhdəsindən gələcəklər. Əlbəttə, bu bir ənənə halını alıb. Səsvermə başa çatdıqdan bir neçə saat sonra biz məlumatları ölkə ictimaiyyətinə təqdim edəcəyik. Bu da aşkarlığın ən mühüm elementlərindən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB