Qaradağ rayonunun Ümid qəsəbə sakinləri ilə görüş keçirilib FOTOLAR

Qaradağ rayonunun Ümid qəsəbə sakinləri ilə görüş keçirilib FOTOLAR

11 aprel 2018-ci il tarixə təyin olunan Azərbaycan Respublikasının Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağ rayonunun Ümid qəsəbə sakinləri ilə görüş keçirilib.

SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov görüş iştirakçılarına son illər ərzində cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar haqqında geniş məlumat verib. Daha sonra ölkədə aparılan abadlıq-quruculuq işləri haqqında söz açaraq bütün bunların Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu qeyd edib.

Seçicilərin coşqu ilə iştirak etdiyi görüşlərdə çıxış edən sakinlər İsmayıl Ağayev, Əli Qarayev, İsif Şahsuvarov bildiriblər ki, onlar bütün seçki kampaniyalarında fəal şəkildə iştirak ediblər və Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasətdən razıdırlar. Məhz 11 apreldə keçiriləcək Azərbaycan Respublikasının Prezident seçkilərində də bunun qarşılığı olaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə