Narkotik qrupların törətdikləri qətllər ucbatından rahatlıq tapmayan Hondurasda dünən daha bir faciə yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Latın Amerikası ölkələrindən olan Hondurasda futbol meydançasına "Kalaşnikov" avtomat silahları ilə daxil olan cinayətkar qrup 14 adamı öldürüb.
Ölkənin şimalındakı San Pedro Sula şəhərində futbol meydançasına daxil olan 8 silahlı futbolçulara və tamaşaçılara atəş açmağa başlayıb. Honduras Təhlükəsizlik Nazirliyinin mətbuat katibi Leonel Saukeda 12 adamın futbol meydanında, 4-ü isə xəstəxanaya aparılarkən öldüyünü bildirib. Ölənlərdən üçünün hakim, ikisinin oyunçu, qalanının da tamaşaçı olduğu açıqlanıb.
Hondurasın paytaxtı Tequsiqalpayanın 165 kilometr şimalında tikiş sənayesi mərkəzi kimi tanınan şəhərdəki hücumun səbəbi hələ bilinmir. Amma bölgədə narkotik şəbəkələrlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların tez-tez baş verdiyi ifadə olunur. San Pedro Sula şəhəri saflaşdırılan kokainin ABŞ-a göndərildiyi bir yer olaraq da tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB