“Krım Rusiyanın başına bəla oldu. Çıxış yolu görünmür. Yəni əslində var amma Rusiya üçün keçərli deyil”. Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Krımı geri qaytarıb Qərblə problemləri həll edə bilər: “Bu isə Rusiyanın dizə gəlməsi anlamı verərdi. Ona görə də Rusiya ölümünə dirənmək məcburiyyətindədir. Amma nə qədər dirənə biləcək? Axı rus xalqının da səbrinin, dirənişinin bir həddi var. Belə bir durumda daha optimal və sürətli çıxış yolu var: Rusiya Krımın müstəqilliyinə yaşıl işıq yandırmaqla bütün problemlərini həll edə bilər. Kırım müstəqil olarsa Rusiya dünyanın ən sevilən dövlətinə çevriləcək və bütün problemlərini həll edəcək”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB