Nazir: "Gürcüstan Azərbaycan, Türkiyə və İranla əlaqələri inkişaf etdirməyə çalışır"
"Müstəqilliyin ilk illərindən Gürcüstan Azərbaycan, Türkiyə və İranla bərabər əsasda əlaqələri inkişaf etdirməyə çalışır. Gürcüstanın ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkür edirik. Biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Sülh, sabitliyi qorumaq uçun ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşünün yekunu üzrə keçirilən mətbuat konfransı zamanı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq regionda sülh, sabitlik və rifaha yönəlib: "Bu ölkələrin nəqliyyat dəhlizi potensialı daha geniş istifadə oluna bilər. Asiya və Avropanı birləşdirmək üçün bu imkanlardan yararlanmaq lazımdır. Müntəzəm görüşlərimizi davam etdirməliyik".
Nazir qeyd edib: "Münasibətlərimizin uzun tarixi var. Əsas məsələ müasir dövr münasibətləri və gələcək üçün planlarımızdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB