Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın baş naziri Tereza Meyin parlamentdəki çıxışını təxribat adlandırıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda deyilir.
“Böyük Britaniyanın baş naziri Tereza Meyin Sergey Skripal və onun qızının zəhərlənməsində Rusiyanın əli olduğuna dair bəyanatını ölkələrimiz arasında normal dövlətlərarası dialoqun təməlini pozan kobud təxribat kimi dəyərləndiririk. Böyük Britaniya hökumətinin siyasi məqsədlər naminə iki ölkə arasında münasibətlərin gərginləşməsini, o cümlədən 23 Rusiya diplomatının ölkədən çıxarmaq barədə qərarı nalayiq və qəbuledilməzdir", deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, bununla bağlı cavab tədbirləri gecikməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB