BAXCP rəsmisi: “Əli Kərimli bu dəfə cəmiyyətin tör-töküntülərindən də istifadə etdi” MÜNASİBƏT

“Milli Şura”nın keçirdiyi mitinqin heç bir uğur qazanmayacağı gözlənilən idi. Yenə də çox az sayda təxminin iki-üç min nəfərlik aksiya keçirdilər. Bunun əsas səbəbi cəmiyyətin radikal müxalifətə olan inamsızlığıdır, dəstək verməməsidir. Adını “ümumixalq mitinqi” qoymuşdular”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, ancaq xalq bir daha onları boykot etdi: “Mitinqə aparılanlar, öz partiya üzvləri, yaxın qohumları, qonşuları və s. şəxslər oldu. Əli Kərimli bu dəfə cəmiyyətin tör-töküntülərindən də istifadə etdi. Bu şəxs siyasətə təhqir, söyüş gətirən natəmiz insanların xaricdəki fəaliyyətini də mitinqə yönəltmişdi. Müxtəlif təxribatlar, dünyasını dəyişmiş adamların guya təhqir olunması görüntüsü və s. kimi təxribatlar Əli Kərimlinin işinə yaramadı. Əslində bu gün mitinqi Əli Kərimli tam gözdən salıb. Ayda 1461 nəfərlik mitinq etməklə cəmiyyətdə mitinqə münasibət adiləşib.

Hər kəs bilir ki, Əli Kərimlinin övladları İngiltərənin ən bahalı unversitetlərində təhsil alır. Bir nərəfin təhsil haqqı bir illik 200 min manatdır. Əli Kərimli də uzun müddətdir işləmir. Hardan alır bu vəsaiti? Təbii ki, xarici təşkilatların bu cür sifarişlərini yerinə yetirməklə maliyyə qazanır. Birbaşa mitinqin keçirilməsi üçün Əli Kərimliyə pul verirlər. O pulun bir hissəsini mitinqə, qalan hissəsini isə özünə götürür. Mitinq zamanı Əli Kərimli cənab İlham Əliyevin 15 ildir hakimiyyətdə olduğunu tez-tez təkrarlayırdı. Ancaq bir nəfər çıxıb Kərimliyə demir ki, özün 25 ildir müxalifətdəsən və dünyanın heç bir ölkəsində 25 il müxalifətdə qalmaq təcrübəsi yoxdur. Hələ bir utanmadan bundan sonra 7 ildə müxalifətdə qalmaq istəyirsən”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə